"Facebook" İqor Korotçenkonun səhifəsini bağlayıb - SƏBƏB

Ermənilərin şikayətinə görə "Facebook" sosial şəbəkəsi Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenkonun səhifəsini üç gün müddətinə bağlayıb.

Olaylar.az  bildirir ki, bu barədə hərbi ekspert öz "Telegram" kanalında yazıb.

"Niyə 30 il ərzində ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində hər şeyi dağıdıb və heç nə inşa etməyib?" sualıma görə "Facebook" mənim səhifəmi üç gün müddətinə bağlayıb", - deyə ekspert yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31