Məşhur restoranının yaradıcısı Nyu-Yorkda vəfat edib

Məşhur "Russkiy samovar" restoranının yaradıcısı Roman Kaplan 84 yaşında Nyu-Yorkda dünyasını dəyişib.

O, bu gün səhər tezdən Mayamidəki xəstəxanada vəfat edib.

Dəfn mərasimi Nyu-Yorkda keçiriləcəyi bildirilib.

Qeyd edək ki, R.Kaplan sovet və amerika ədəbiyyatşünası və tərcüməçisi idi. 1986-cı ildə İosif Brodski və Mixail Barışnikovla birlikdə Manhettendə "Russkiy samovar" restoranını açmışdı.

Mənbə: olke.az

Roman Kaplan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31