Türkiyədə daha 229 nəfər koronavirusdan dünyasını dəyişib
17 Noyabr 2021 22:30 DünyaTürkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 229 nəfər vəfat edib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 754 nəfər test edilib. Onların 23 867-nin testi pozitiv nəticə verib, 28 543 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 883 070 peyvənd tətbiq edilib ki, bunun 90,12 faizi birinci, 80,30 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Mənbə: apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31