Aİ "yaşıl" texnologiyalar sahəsində layihələr üçün 1 milyard avrodan çox vəsait ayıracaq

Avropa İttifaqı (Aİ) "yaşıl" texnologiyalar sahəsində yeddi innovativ layihə üçün 1,1 milyard avro məbləğində investisiyaları təsdiq edib.

Bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə brifinq zamanı deyib.

Onun sözlərinə görə, layihələr əsasən hidrogen texnologiyaları, karbon tullantılarının ələ keçirilməsi və alternativ enerji mənbələri sahələrini əhatə edəcək.

O əlavə edib ki, layihələr Belçika, İtaliya, Finlandiya, Fransa, Niderland, Norveç, İspaniya və İsveçdə həyata keçiriləcək və poladəritmə, sement sənayesi, neft emalı kimi sahələrdə istifadə olunacaq.

Mənbə: trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31