Türkiyədə yetkin əhali arasında vaksinasiya 80%-i keçib
16 Noyabr 2021 19:28 DünyaTürkiyədə yaşı 18-dən yuxarı olan ölkə vətəndaşları arasında vaksinasiya səviyyəsi 80%-i aşıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 81 vilayətdə iki doza peyvənd olunan əhalinin faiz nisbəti 80.08% təşkil edib. Həmçinin, artıq 90.01% yetkin əhalinin vaksinin ilk dozasını qəbul etdiyi bildirilib.
Ən yüksək vaksinasiya göstəriciləri isə Ordu, Amasya, Muğla və Osmaniyyə bölgələrində qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31