Yoluxanların sayı 38 420 nəfərə çatıb
15 Noyabr 2021 15:28 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 38 420 artaraq, 9 109 094 nəfərə çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.
Yoluxmaların nisbi artım tempi 0,42% təşkil edib.
Xüsusilə son sutka ərzində Sankt-Peterburqda-2968, Moskvada isə 2666 yeni yoluxma halı aşkarlanıb. Həmçinin, Samarada-1789, Krım Respublikasında-860, Nijni Novqorodda isə 779 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
Ümumilikdə, hazırda Rusiyada 1 039 940 nəfər koronavirus xəstəsi müalicəsini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31