BƏƏ-nin vəliəhdi Türkiyəyə səfər edəcək
15 Noyabr 2021 11:11 DünyaBirləşmiş Ərəb Əmirliklərinin vəliəhdi, şahzadə Məhəmməd bin-Zayed əl-Nahyanın noyabrın 24-də Türkiyəyə səfər edəcəyi gözlənilir.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vəliəhd arasında təkbətək görüşün keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, bir müddət əvvəl R.T.Ərdoğanla Məhəmməd bin-Zayed əl-Nhyan arasında telefon danışığı olub.
Bildirilib ki, BƏƏ Türkiyəyə İran üzərindən ticarət yolu açmaq niyyətindədir. Bu, Süveyş kanalından keçərək 20 günlük Şarja-Mersin yolunu 6-8 günə enidə bilər. Görüşdə Əmirliyin Türkiyə iqtisadiyyatına sərmayə qoyması da müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31