Avstraliyada ən hündür ekoloji göydələn - FOTO
14 Noyabr 2021 22:04 DünyaAvstraliyanın Melburn şəhərində "UNStudio" memarlıq studiyası tərəfindən layihələndirilən bina ölkədə ən hündür göydələn olacaq.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, yaşıllığa bürünmüş binanın damüstü parkı ictimai istifadə üçün ayrılıb. Burada ofis, yaşayış, otel və sərgi sahəsi yerləşəcək. Göydələndə, həmçinin market, eyvan və terrasları olan ticarət və əyləncə obyektləri, "BMW" servis mərkəzi yer alacaq.
Göydələndə açıq eyvanlar, bağlar görüş və ünsiyyət üçün nəzərdə tutulub. Yaşıl sahələr səs-küyü udmaqla yanaşı, havanı təmizləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31