Rusiyada hava limanı bağlandı

Rusiyanın Murmansk şəhər hava limanı bir neçə saat ərzində bağlı qalıb.

"Ölkə.az" Rusiya mediasına istinadən xəbər verir ki, aeroportun fəaliyyəti şəhərdə müşahidə olunan kəskin qar çovğunu ilə əlaqədar dayandırılıb.

Nəticədə bir neçə aviareysin təxirə salındığı bildirilib.

Həmçinin, bəzi təyyarələrin uçuş, bəzilərinin isə eniş vaxtı dəyişdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31