Türkiyə xüsusi təyinatlıları Suriyada 2 terrorçunu məhv edib
13 Noyabr 2021 21:40 DünyaTürkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) iki üzvünü məhv edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, YPG/PKK terrorçuları "Sülh bulağı" antiterror əməliyyatı zonasına girməyə cəhd edərkən məhv ediliblər:
""Sülh bulağı" əməliyyatı zonasında sabitliyin pozulması cəhdinin qarşısı Türkiyə hərbçiləri sayəsində alınıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31