Haqsız yerə ömürlük həbs olunan şəxs 24 il sonra əfv edildi
13 Noyabr 2021 20:03 DünyaO, 750 min dollarlıq təzminat iddiası qaldıra bilər.
ABŞ-ın Şimali Karolina ştatında 24 il törətmədiyi cinayətə görə həbs edilən şəxs əfv edilib.
"Ölkə.Az" xəbər verir ki, ştat valisi Roy Kuper Donte Şarpın və haqsız yerə azadlıqdan məhrum edilən digər şəxslərin azadlığa buraxılmasını müsbət qiymətləndirib.
Qeyd edək ki.D.Şarp 1985-ci ildə 19 yaşı olarkən 33 yaşlı Corc Təklifi öldürməklə ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilib. O, ilk gündən bəri cinayəti törətmədiyini deyib.
Şarp yerli mətbuata açıqlamasında bir gün azad olacağına inandığını söyləyib.
ABŞ qanunvericiliyinə görə, məsuliyyət əfvi alan şəxs haqsız yerə azadlıqdan məhrum edildiyi üçün 750 min dollarlıq təzminat iddiası qaldıra bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31