Koronavirusun müalicəsi üçün daha iki dərmanı təsdiqləndi
12 Noyabr 2021 23:50 DünyaAvropa Komissiyası koronavirusun yaratdığı xəstəliyin müalicəsi üçün "Ronapreve" və "Regkirona" dərmanlarını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.
Məlumata görə, Komissiya noyabrın 12-də bu dərmanlar üçün marketinq icazəsi verib.
Almaniyanın "Roche" şirkəti tərəfindən istehsal olunan "Ronapreve" oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün tövsiyə olunur.
"Regkirona" preparatı isə Macarıstanın "Celltrion" şirkəti tərəfindən istehsal olunub və koronavirus infeksiyası nəticəsində xəstəliyin ağır gedişi riski olan insanlar üçün nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31