Dağıstanda atışma oldu, məscidin imamı öldürüldü
12 Noyabr 2021 21:25 DünyaDağıstanın Akuşinski rayonunun Ameterkmaxi kəndində silahlı insident baş verib.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, təqaüdçü şəxs torpaq mübahisəsi zəminində silahla 3 nəfərə atəş açıb. Nəticədə məscidin imamı hadisə yerində ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yaralılardan birinin bıçaq zərbəsi nəticəsində silahlı şəxsin özü də öldürülüb. Faktla bağlı cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31