İrana qarşı ŞOK ADDIM: Bəşər Əsəd Tehranı "qurban verdi" - Suriyada vəziyyət dəyişir
12 Noyabr 2021 15:22 DünyaSuriya prezidenti Bəşər Əsədin iranlı general Cavad Gaffarini ölkədən qovması bəzi iddiaların ortaya çıxmasına səbəb olub.
Olaylar.az xəbər verir ki, hadisə 10 ildən sonra Suriya ilə münasibətləri düzəldən Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayedin Dəməşqə səfərindən 1 gün əvvəl baş verib. "Al Arabiya" televiziyasının iddiasına görə, Əsəd bu addımı ilə ərəb ölkələrinə jest edib. Həmçinin iddia edilir ki, iranlı generalın Suriyadan İsraili təhdid etməsi Əsədi narahat edib.
Bəşər Əsəd Suriyanın İran və İsrail arasında döyüş meydanına çevrilməsindən artıq yorulub. Ekspertlər hesab edir ki, Əsədin bu addımı, Suriya və Birləşmiş Ərəb Əmirlikləri münasibətlərin normallaşması İran-Dəməşq əlaqələrini pozacaq. (kanal.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31