Ərdoğanın evinin şəklini çəkən israilli cütlük saxlanıldı
12 Noyabr 2021 10:43 DünyaTürkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın evinin fotosunu çəkən şəxslər saxlanılıb.
Olaylar.az bildirir ki, ötən gün İstanbulda Çamlıca qalasından israilli cütlüyün ölkə başçısının evini çəkdikləri iddia edilib. Qeyd edilib ki, sözügedən şəxslər qalada yerləşən restoranda ikən bu addımı atıblar. Pəncərədən foto çəkən cütlüyün öz aralarında danışdığı və əlindəkiləri bir-birilərinə göstərdikləri irəli sürülüb. Bu barədə ofisiantlardan biri polisə məlumat verib.
Vəziyyət prezidentin mühafizəçilərinə çatdırılandan sonra, israilli N.O və M.O nəzarətə alınıb. Terrorla Mübarizə şöbə müdirliyinə aparılan cütlüyün bu gün ədliyyəyə sövq ediləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31