Gənc qızla oğlan birlikdə zəhər içib intihar etdi - Ailələri evlənmələrinə icazə vermirmiş...

Pakistanda qəribə hadisə yaşanıb.

Sfera.az bildirir ki, evlənə bilməyən iki gənc birlikdə intihar edib. Belə ki, Muqaddas və Adnan adlı şəxslər bir-birinə aşiq olsa da, ailələri bu münasibətə icazə verməyib. Qızın ailəsi onu başqa adamla evləndirmək istədikdə isə gənclər birlikdə qaçaraq zəhər qəbul ediblər. Onlar xəstəxanaya yerləşdirilsə də, həyatlarını xilas etmək mümkün olmayıb. Cütlük intihar addımını elçilikdən bir gün qabaq atıb. Qeyd edək ki, 2016-cı ildə Pakistanın Sargodha şəhərində də başqa bir cütlük ailələri evlənməyə icazə vermədiyi üçün intihar etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31