Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
10 Noyabr 2021 22:02 DünyaMoskva axşam saatlarında Federal Penitensiar Xidmətinin zabiti əməkdaşı güllələnib.
Olaylar.az apa.az istinadən xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Hücum edən şəxs saxlanılıb.
İlkin məlumata görə, hadisənin motivi xuliqanlıq olub.
Mənbənin sözlərinə görə, Penitensiar Xidmətin zabiti məhkumların daşınması şöbəsinin rəis müavinidir. O, evin girişində naməlum şəxs tərəfindən pnevmatik tapançadan güllələnib.
Zabit özü polisə müraciət edib. Xəstəxanaya aparılsa da, tibbi müayinədən sonra evə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31