Yaponiyada quş qripinin kütləvi şəkildə yayılması qeydə alınıb
10 Noyabr 2021 21:22 DünyaYaponiyanın şimal-şərqində cari payız fəslində kütləvi şəkildə ilk quş qripinin yayılması qeydə alınıb.
Olaylar.az azertag.az -a istinadən bildirir ki, bu barədə Yaponiya Kənd təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi məlumat yayıb. Bildirilir ki, nəticədə Akita prefekturasının Yokota şəhərində yerləşən fermada 143 min quşun məhv edilməsi qərara alınıb.
"Yaponiyada mövcud şəraitdə quş qripinin toyuq əti və ya yumurtadan istifadə yolu ilə insanlara ötürülməsinin mümkün olmadığını düşünürük", - deyə nazirliyin saytında bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31