Quş qripinə yoluxma halı artıb

Yaponiyanın şimal-şərqindəki Akita əyalətindəki quşçuluq fermasında quş qripinə yoluxma halı aşkarlanıb. Bu barədə Kyodo agentliyinin verdiyi məlumatda bildirilir.Məlumata görə, Yokote bölgəsindəki toyuq fermasında mövsümün ilk quş qripinə yoluxma halı qeydə alınıb.Baytar həkimi yerli səhiyyə idarələrinə bildirdi ki, fermada toyuq ölümləri artmaqdadır.Təsərrüfatda yoxlanılan 13 ədəd toyuqdan 12-də quş qripi aşkarlanıb və vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib.Akita Qubernatorluğu təxminən 143.000 toyuqun məhv olacağını açıqlayıb.Təsərrüfatdan 10 kilometr məsafədə toyuq və yumurta daşınması qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31