Norveçdə yaşayan azərbaycanlının “Zəfər günü” konserti
8 Noyabr 2021 10:32 DünyaNorveçdə yaşayan azərbaycanlı musiqiçi konsert verib."Olaylar" xəbər verir ki, Norveçin Stavanger şəhərində yaşayan azərbaycanlı musiqiçi Ülvi Həsənli noyabrın 7-də bolqarıstanlı musiqiçi tərəfdaşım Kiril Kutin ilə bərabər "Zəfər günü"nə həsr olunmuş "Xarı bülbül" konsert proqramı ilə çıxış edib.
Konsertdə 50-60-a yaxın Norveç azərbaycanlısı da iştirak edib. Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və s. bəstəkarlarımızın klassik əsərləri piano və skripkada ifa olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31