Noyabrın 6-da Özbəkistanın ikinci müddətə prezidenti seçilən Şavkat Mirziyoyevin andiçmə mərasimi keçiriləcək. "Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin tarixdən vəzifəsinin icrasına başlayacaq. İnaqurasiya Senatın yeni binasında baş tutacaq. Qeyd edək ki, Ş.Mirziyoyev 80,12 faiz səslə seçkilərdə qalib gəlmişdi.