İqtisadiyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilib
3 Noyabr 2021 17:22 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Ali Rada Aleksey Lyubçenkonu baş nazirin birinci müavini və Ukraynanın iqtisadiyyat naziri vəzifələrindən azad edib.
Bu barədə Ukrayna mediasında məlumat yayılıb.
Bu qərarı noyabrın 3-də deputatların əksəriyyəti dəstəkləyib.
Xatırladaq ki, Lyubçenko vəzifəsinin icrasına mayın 20-də başlayıb. O, bundan əvvəl Ukraynanın Dövlət Vergi Xidmətinə rəhbərlik edib.
Ukrayna prezidentinin aparat rəhbərinin müavini Yuliya Sviridenkonun yeni iqtisadiyyat naziri olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31