İsrail Dəməşqi bombaladı

Olaylar.az  xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri ölkənin paytaxtı Dəməşqin ətrafına raket hücumu həyata keçirib.

Bu barədə  Suriyanın SANA xəbər agentliyindən məlumat verilib. 

Məlumata görə, səhər saatlarında İsrail raketləri Dəməşqdən kənarda Zəkiyyə bölgəsindəki obyektləri vurub. Hücum nəticəsində  obyektlərə maddi ziyan dəyib.

Oktyabrın 30-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus dörd F-16 taktiki döyüş təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Qolan təpələri yaxınlığındakı ərazilərindən Dəməşqdən 20 kilometr qərbdə və 12 kilometr şimal-qərbdə yerləşən Suriyanın hava hücumundan müdafiə obyektlərinə səkkiz "Delilah" idarə olunan raketi atıb. Hücum nəticəsində Suriya Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31