İŞİD-dən Talibana zərbə: Məşhur komandir öldürüldü-FOTO

Əfqanıstanın paytaxtı Kabildəki Taliban qüvvələrinin komandirlərindən biri - Həmdullah Mohlis hərbi xəstəxanaya hücum zamanı öldürülüb.

Olaylar.az  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Mohlis Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri öldürülən ən yüksək rütbəli şəxsdir.

Kabildə xəstəxanaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31