Kabildə ard-arda partlayış baş verib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Davud Xan Hərbi Xəstəxanası yaxınlığında iki güclü partlayış baş verib.

Bu barədə Tolo New kanalına verdiyi məlumatda bildirilib.

Məlumata görə, hazırda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda hücumçularla Taliban yaraqlıları  arasında atışma baş verib.

Əlavə olaraq, İnformasiya və mədəniyyət nazirinin ikinci müavini Bilal Kəriminin telekanala verdiyi məlumata görə, birinci partlayış hərbi hospitalın qapısında, ikinci partlayış isə onun ətrafında baş verib.

Güclü  partlayışlar nəticəsində azı 3 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əldə olunan məlumatlara əsasən, Kabildə baş verən çoxsaylı partlayışlar nəticəsində azı 15 nəfər ölüb, 34 nəfər yaralanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31