Bu ölkədə 210 milyondan çox koronavirus testi aparılıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyalı həkimlər 210 milyondan çox koronavirus testi keçiriblər. Bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət mərkəzi mediaya açıqlamasında bildirib. "Rusiyada 210,1 milyondan çox koronavirus testi aparılıb", - məlumatda deyilir. Ümumilikdə, son sutkada 435 000 test aparılıb.Məlumata görə, hazırda 2 milyona yaxın insan koronavirus infeksiyası təhlükəsi ilə həkim nəzarəti altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31