Rusiya vətəndaşlığı alan hayların sayı ilbə-il artır

"Son beş ilin(2017-2021) statistikasına nəzrə salanda maraqlı, eyni zamanda da tamamilə anlaşılan bir mənzərə üzə çıxır. Bizim regionu tərk edərək Rusiya vətəndaşlığı alan hayların sayı hər il artır. Və 2021-ci ildə (34145) Rusiya vətəndaşlığı alan haylar 2017-ci ildəkindən (17825) 2 dəfə çoxdurlar. Ancaq regionu tərk edib vətəndaşlıq ala bilməyənlərin sayı isə alanlardan dəfələrlə artıqdır.  Elələri  təkcə Rusiya deyil, qərbə, hətta Türkiyə və Qazaxsatana belə köçüb gedirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin onun səbəbini forpostun təhlükəsizliyinin yetərincə təmin edilməməsində görür və Moskvanın bu yöndə müəyyən addımlar atacağını bildirir. Halbuki əsas səbəb geosiyasi alət rolunda çıxış edən Ermənistanın qonşularına, ilk növbədə də Azərbaycanla Türkiyəyə yanaşmada yeritdiyi siyasət və qarşılığında üzləşdiyi təcriddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31