Bu ölkədə koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb
1 Noyabr 2021 12:33 DünyaOlaylar az xəbər verir ki, Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı 2141-ə çatıb. Ölənlərin sayı 44 nəfərdir.
Bu barədə StopCov rəsmi saytının məlumatında bildirilir. Ümumilikdə pandemiyanın başlandığı gündən ölkədə 721 388 yoluxma halı müəyyən edilib.
Yoxlanılanların ümumi artım tempi gün ərzində - 10,77%, son 14 gündə - 8,94%, son bir həftədə- 8,83% təşkil edib.
Bu vaxta qədər Gürcüstanda koronavirusa qarşı 1 978 857 peyvənd edilib, o cümlədən son sutka ərzində 1 402 peyvənd edilib.
Xatırladaq ki, Gürcüstanda ilk koronavirus hadisəsi 26 fevral 2020-ci ildə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31