ABŞ və NATO Qara dənizə komandanlıq gəmisi göndərir

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, USS Mount Whitney flaqman komanda gəmisi NATO ilə birgə əməliyyatlar üçün Qara dənizə gedib.

Bu barədə ABŞ-ın Altıncı Donanması noyabrın 1-də Twitter səhifəsində verdiyi məlumatda bildirib.

"Altıncı Donanmanın qabaqcıl gəmisi USS Mount Whitney NATO müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımızla birgə fəaliyyət göstərmək üçün Qara dənizə şimala tranzitinə başlayıb" - məlumatda deyilir.

Xatırladaq ki, Altıncı Donanma ABŞ-ın Qara dənizə donanma qərargahının zabitləri və NATO Hərbi Dəniz Zərbə və Dəstək Qüvvələrinin komandanlıq gəmisini göndərmək planları barədə məlumat vermişdi. Gediş tarixi dəqiqləşdirilməyib.

Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammiti çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin bayrağının nümayişinin qlobal sabitliyə töhfə vermədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31