Əfqanıstanı daxilindəki təhdidləri dəf etmək lazımdır- Lavrov
1 Noyabr 2021 12:34 DünyaMoskvanın əsas vəzifəsi Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Mərkəzi Asiya müttəfiqlərinin sabitliyinin pozulmasının qarşısını almaqdır.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-24" telekanalına müsahibəsində söyləyib.
"Bizim üçün əsas onların sabitliyidir, çünki bizim Mərkəzi Asiyadakı müttəfiqlərimizlə sərhədlərimiz yoxdur, demək olar ki, hamı ilə vizasız rejim mövcuddur" Bu, ilk növbədə, qonşu ölkələrdə sabitliyin pozulmasının və Əfqanıstandan terror və narkotik təhlükələrinin qarşısının alınması, Əfqanıstan daxilində bu təhlükələrin kökünü kəsmək zərurətidir"- deyə nazir bildirib.
Taliban hərəkatı ABŞ ötən ilin yazında qoşunlarını çıxardığını elan etdikdən sonra Əfqanıstana nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib, radikallar isə heç bir müqavimətlə qarşılaşmadan paytaxt Kabilə daxil olublar. Sentyabrın 6-da Taliban Əfqanıstanın bütün ərazisini nəzarət altına aldığını bildirib və sentyabrın 7-də legitimliyi indiyədək heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti Nazirlər Kabinetinin tərkibini açıqlayıb.