5-11 yaş uşaqlara "Pfizer" vurulacaq
30 Oktyabr 2021 11:14 DünyaABŞ-ın Qida və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) 5-11 yaşlı uşaqlar üçün Pfizer/BioNTech vaksininin təcili istifadəsini təsdiqləyib.
Olaylar.az xəbər verir ki, sözügedən qərar məlumatların dəqiq və şəffaf qiymətləndirilməsindən sonra verilib.
Bildirilir ki, Pfizer / BioNTech vaksini beş yaşdan yuxarı uşaqlara üç həftə ara ilə iki doza vurulmalıdır. Vaksinin dozası 12 yaş və daha yuxarı yeniyetmələr üçün istifadə edilən 30 mikroqramla müqayisədə 10 mikroqram olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31