Silahlı hücum nəticəsində 20 nəfər öldü
30 Oktyabr 2021 11:12 DünyaQərbi Afrika ölkəsi Nigeriyada silahlı hücum nəticəsində 20 mühafizəçi həlak olub.
Olaylar.az xəbər verir ki, Zamfara əyalətində silahlı dəstə üzvlərinə qarşı mübarizə aparmaq üçün göndərilən 20 mühafizəçi Şinkafi rayonunda silahlı hücuma məruz qalıb. Hücum zamanı 20 mühafizəçi həlak olub, cəsədləri yandırılıb.
Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Agentliyinin (NSCDC) Zamfara sözçüsü Aminu Meri hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin hadisə yerinə göndərildiyini bildirib. 2000-dən çox dəstə üzvü saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31