Qərargah rəisinin general müavini intihar etdi

Rusiya Hərbi Desant Qüvvələrinin qərargah rəisinin keçmiş birinci müavini general-mayor Anatoli Belyanin intihar edib.

Oxu24.com  xəbər verir ki, bu məlumatı TASS agentliyi mənbələrinə istinadən yayıb. İnsident Moskva ətrafında yerləşən İvanteyevka şəhərində baş verib.

Onun öz evində öldüyü bildirilib.

Feysbuk adını DƏYİŞDİRDİ

Qeyd edək ki, Belyaninin adı 1994-cü ildə qətlə yetirilən jurnalist Dmitri Xolodovun cinayətində şahid kimi keçirdi. Jurnalist Rusiya ordusundakı maxinasiyalar, xüsusilə, rus ordusunun çeçenlərlə qanunsuz silah ticarətini araşdırırdı.

Mənbə: oxu24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31