106 il əvvəl həlak olmuş əsgər dəfn olundu – Savaşın ikinci günü ölmüşdü
29 Oktyabr 2021 11:55 Dünya1914-1918-ci illərdə Birinci Dünya Müharibəsi zamanı həlak olan ingilis əsgəri 106 il sonra dəfn edilib.
Olaylar.az xəbər verir ki, 1915-ci il mayın 2-də öldüyü elan edilən əsgər Robert Kukun cəsədinin kimliyi qardaşı oğlundan DNT nümunələri götürüldükdən sonra müəyyən olunub.
Kukun kimliyi "Müharibə detektivləri" adlandırılan ekspertlər tərəfindən müəyyən olunduğu və Belçikada keçirilən mərasimdə hərbi salam da daxil olmaqla, döş nişanı verildiyi bildirilib.
"Şərəf" ordeni alan əsgər müharibənin Qərb Cəbhəsində İpre yaxınlığındakı cəbhə xəttinə gəldikdən iki gün sonra - 1915-ci il mayın 2-də 38 yaşında həlak olub.
O, ölümündən 106 il sonra Belçikada dəfn olunub.
(teleqraf)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31