Sərnişin avtobusuna atəş açıldı

Rusiyanın Vladivostok şəhərində "Milis məktəbi" ictimai nəqliyyat dayanacağında avtobusa açılan üç atəş nəticəsində bir sərnişin yaralanıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da səhər saatlarında baş verib.Atəş açan şəxs hadisə yerindən qaçaraq gizlənib. Polis axtarış-əməliyyat tədbiri həyata keçirir. Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31