Koronavirusdan ölənlərin sayı 5 milyonu keçdi
28 Oktyabr 2021 19:03 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusdan ölənlərin ümumi sayı 5 milyonu ötüb.
Bu barədə ÜST-ün rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, Bu günə qədər bütün dünyada COVID-19-un səbəb olduğu 5.002.643 ölüm faktı qeydə alınıb. Ümumilikdə, pandemiyanın başlanğıcından indiyədək 245 milyondan çox insanda virus aşkarlanıb.
Xatırladaq ki, ilk ölüm hadisəsi 2020-ci il yanvarın 11-də qeydə alınıb. Ölənlərin sayı sentyabrın 28-də 1 milyona, 2021-ci il yanvarın 15-də isə dörd aydan az müddətdə 2 milyona çatıb. Daha üç aydan sonra 3 milyon həddi keçib.
Yeni yoluxmanın ölümcüllük dərəcəsi 2,03% təşkil edir, bu göstərici bir ilə yaxındır ki, 3%-i ötmür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31