Yoluxma pik həddə çatdı

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka  ərzində 40 096 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Ümumi yoluxma  sayı 8 392 697 nəfərə çatıb.

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.

Məlumata görə,  yoluxmaların  artım tempi  0,48% təşkil edib.

Xüsusilə son sutka da  Sankt-Peterburqda 3186, Moskva vilayətində isə 2639 yeni yoluxma halı qeydə alınıb. Həmçinin,  Samarada 1357, Nijni Novqorodda 794, Voronejdə isə 763 nəfərdə  yoluxma halı aşkar edilib.

Hazırda Rusiyada 885 587 nəfər koronavirus xəstəsi müalicə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31