Gələcəkdən gəldiyini söyləyən adam hər kəsi şoka saldı

ABŞ-ın Los-Anceles əyalətində yaşayan və üzünü hamıdan gizlədən Kasper adlı şəxs 2063-cü ildə sel fəlakətinin olacağını bildirib. Kasper həmçinin dünyanın getdikcə daha da pisləşəcəyini bildirib.

Olaylar.az xəbər verir ki, 2075-ci ildən gəldiyini iddia edən Kasper adlı zaman səyyahı gələcək haqqında təəccüblü sözlər işlədib. Qırmızı pencək və qara-ağ xallı əlcəkdə kamera qarşısına keçən Kasper üzünü göstərməməyi üstün tutub. Gizli vəzifədə olduğu üçün üzünü məxfiliyə görə göstərməyən Kasper, "gələcəkdə sarsıdıcı şeylər olacaq. Daha əvvəl eşidəcəyiniz maraqlı bir məlumatı sizinlə paylaşacağam. Bu məlumat kifayət qədər məxfidir" deyib.

Kasperin danışdıqlarına inanmayan bəzi sosial media istifadəçiləri onu üzünü gizlətməkdə ittiham ediblər. İstifadəçilərin bir hissəsi vəziyyəti ciddiyə almadıqlarını bildirərək, "Qırmızı eynək, əlcək və pencək. Məncə, Michael Jackson bizə gələcək haqqında danışmaq üçün qayıdıb" dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31