Pekin Əfqanıstanda terrorla mübarizə mexanizmiylə bağlı təklif irəli sürdü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Çinin xarici işlər naziri Vanq Yi  BMT və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) əsasında Əfqanıstanda terrorla mübarizə üçün çoxtərəfli mexanizmlər yaratmağa çağırıb.

Bu barədə oktyabrın 27-də Əfqanıstanın qonşu dövlətlərinin nazirlərinin  görüşü zamanı videomüraciətində, Çinin xarici işlər naziri Vanq Yi  söyləyib.

"Biz Əfqanıstanla terrorizmlə mübarizədə ikitərəfli və çoxtərəfli dialoqların və əməkdaşlığın vaxtında inkişafına müsbət baxmalıyıq. BMT və ŞƏT kimi çoxtərəfli platformalar vasitəsilə terrorizmə qarşı vahid cəbhə yaratmaq lazımdır", - deyə o qeyd edib.

Məlumata görə,Çinli baş diplomat qeyd edib ki, beynəlxalq ictimaiyyət təkcə Taliban hərəkatını  terror təşkilatlarından uzaqlaşmağa çağırmamalı, həm də onlara qarşı mübarizədə əməkdaşlıq etməlidir.

Xatırladaq ki, Sentyabrın 8-də Əfqanıstanla qonşu ölkələrin ilk görüşü onlayn rejimdə keçirilib. Bugünkü tədbir zamanı tərəflər bütün etnik qrupların iştirakı ilə Əfqanıstanda inklüziv hökumətin formalaşdırılmasına kömək etmək cəhtlərini toplamağı planlaşdırır. Tədbirdə İran və Rusiyadan başqa, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31