Finlandiya prezidenti Rusiyada işgüzar səfərdə olacaq
27 Oktyabr 2021 16:00 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı Sauli Niinisto ilə oktyabrın 29-da danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
"Tərəflər Rusiya və Finlandiya arasında siyasi, ticarət-iqtisadi və humanitar əməkdaşlığın əsas istiqamətlərini, eləcə də aktual, qlobal problemləri həll edəcəklər"- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Putin və Niinisto sonuncu dəfə 2019-cu ilin avqustunda Finlandiyada görüşüblər. Onlar sentyabrın 17-də telefon danışığında ikitərəfli əməkdaşlıq, Əfqanıstandakı vəziyyət və bəzi digər qlobal məsələləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31