Zelenskinin Krımla bağlı açıqlamaları Rusiyaya qarşı ərazi iddialarıdır — Kreml

Olaylar.az TASS-a Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı geri qaytarmaq niyyəti Rusiyaya qarşı ərazi iddiasıdır və mənfi nəticələrə səbəb ola bilər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 27-də mətbuata açıqlamasında  bildirib.

Məlumata əsasən, Zelenski Amsterdam məhkəməsinin Skif qızıl kolleksiyasının Ukraynaya qaytarılması qərarını ədalətli adlandırıb. 

"Düzdür ki, Krımın geri qayıtması ilə bağlı bəyanat Rusiyaya qarşı ərazi iddialarının ifadəsindən başqa bir şey deyil. Bu cür bəyanatlar mənfi nəticələrə səbəb ola bilər"- deyə  Peskov bildirib.

Oktyabrın 27-də Amsterdam apellyasiya məhkəməsi İskit qızıl kolleksiyasının Ukraynaya qaytarılması barədə qərar çıxarıb. Məhkəməyə sədrlik edən hakim Pauline Hofmeijer-Rutten bildirib ki, sözügedən əşyalar Ukraynanın mədəni irsinin bir hissəsidir və onlar Ukrayna tərəfinə təhvil verilməlidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31