Lavrovdan Əfqanıstana xəbərdarlıq

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Moskva Əfqanıstanın qonşu dövlətlərini ABŞ və NATO-nun öz ərazilərində hərbi mövcudluğunun qarşısını almağa çağırıb. 

Bu barədə  Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 27-də videomüraciətində bildirib.

"Biz bir daha Əfqanıstanın qonşu ölkələrini ABŞ və NATO-nun öz ərazilərində hərbi mövcudluğunun qarşısını almağa çağırırıq, çünki onlar Əfqanıstandan qoşunların çıxarılması fonunda oraya köçməyi planlaşdırırlar"-deyə nazir söyləyib.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov bir müddət əvvəl "Rossiyskaya qazeta" qəzetinə verdiyi müsahibədə ABŞ-ın terrorçu qruplaşmalara qarşı mübarizə adı altında, pilotsuz uçuş aparatları yerləşdirmək üçün bazalar və mərkəzlər yaratmaqla Əfqanıstanın qonşu ölkələrində möhkəmlənməyə çalışdığını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31