Şərqi Asiya Sammitində iqtisadiyyat, pandemiya sonrası bərpa məsələləri müzakirə ediləcək
27 Oktyabr 2021 11:11 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, oktyabrın 27-də Bruneyin sədrliyi ilə başlayacaq Şərqi Asiya Sammitinin iştirakçıları iqtisadi əməkdaşlıq və pandemiya sonrası bərpa məsələlərini müzakirə edəcəklər. Bu barədə Bruney Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Artıq ikinci ildir ki, sammit videokonfrans formatında keçiriləcək. "Biz qayğı göstəririk, hazırlayırıq, çiçəklənirik" şüarı altında keçirilən görüşlərin əsas mövzusu yeni koronavirus pandemiyasından regional bərpaya aparan davamlılıq olacaq.Tərəflər ümumbəşəri rifah üçün yeni imkanlardan istifadəni, regionda uzunmüddətli məqsədlərə nail olmaq üçün əməkdaşlığın davam etdirilməsini müzakirə edəcəklər" - deyə bəyanatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31