Moskvada karantin tətbiq etmək planı yoxdur
26 Oktyabr 2021 14:56 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Moskvada karantin rejimi tətbiq etmək üçün heç bir səbəb yoxdur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 26-da mətbuata açıqlamasında bildirilib. "Moskvada karantin rejiminin gücləndirilməsi üçün heç bir səbəb yoxdur və heç bir qapanma planlaşdırılmır"- deyə Peskov söyləyib.
Əlavə olaraq, regional hakimiyyət orqanlarının öz bölgələrindəki vəziyyətdən asılı olaraq koronavirus məhdudiyyətlərini uzatmaq hüququ olduqlarını bildirib.
Oktyabrın 20-də Rusiya prezidenti Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək ödənişli qeyri-iş günləri elan edilməsi haqqında fərman imzalayıb. Ölkənin bəzi regionlarında koronavirusun yayılması ilə mübarizə üçün ciddi məhdudiyyətlər tətbiq edilir. Xüsusilə, Moskva və Sankt-Peterburqda yeməkxanalar, əksər mağazalar, kinoteatrlar və digər ictimai yerlər bağlanacaq.