Koronavirusa yoluxanların sayı  8 316 019 nəfərə  çatıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada koronavirusa yoluxanların sayı son sutka ərzində 36 466 nəfər artaraq 8 316 019 nəfərə çatıb.

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.

Yoluxanların artım tempi 0,44% təşkil edib. 

Məlumata görə, son sutka ərzində Moskvada 6074, Moskva vilayətində 2930, Sankt-Peterburqda 2735, Samara vilayətində 1278, Nijni Novqorod vilayətində 762, Voronej vilayətində 744 nəfərdə  koronavirusa yoluxma faktı aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31