Rusiyanın Ural əyalətində 30-a yaxın şəxs zəhərlənərək ölüb
26 Oktyabr 2021 11:55 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətində metanoldan zəhərlənmə nəticəsində 30 nəfər ölüb.
Bu barədə Regional fövqəladə hallar xidmətlərindən məlumat verilib.
"Ölənlərin sayı ilkin məlumatlara görə 30-a çatıb"- mənbə bildirib.
Məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi, İstintaq Komitəsinin regional administrasiyası və digər xüsusi xidmət orqanları Uralda saxta alkoqolun yeni paylama kanallarını müəyyən etmək üçün bütün səyləri göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31