Rusiya Əfqanıstana təcili humanitar yardım hazırlayır

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Müdafiə və Fövqəladə Hallar nazirlikləri yaxın vaxtlarda təcili yardım kimi Əfqanıstana göndəriləcək humanitar yardımı hazırlayıb.

Bu  barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov  onlayn konfransda bildirib.

"Prezidentin tapşırığına əsasən, Əfqanıstan xalqına təcili yardım göstərmək üçün yeni humanitar əməliyyat hazırlanır. Müdafiə və Fövqəladə Hallar Nazirlikləri nəqliyyat aviasiya uçuşları hazırlayır və bu iş tam sürətlə gedir. Dəqiq tarixi açıqlamağa hazır deyiləm və Müdafiə və ya Fövqəladə Hallar Nazirliyinə müraciət etmək daha yaxşıdır, amma bunun yaxın günlərdə olacağına inanıram "- deyə  Kabulov söyləyib.

Oktyabrın 20-də Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantının iştirakçıları onun bərpası üçün ölkəyə təcili humanitar və iqtisadi yardımların göstərilməsinə çağırıblar. Moskva danışıqlarının iştirakçıları həmçinin BMT-nin himayəsi altında Əfqanıstan üzrə nümayəndəli beynəlxalq donor konfransının çağırılması üçün kollektiv təşəbbüs irəli sürməyi də təklif ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31