MDB Müşahidə Missiyasının rəhbəri Özbəkistandakı seçkiləri qiymətləndirib

"Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib".

Bunu MDB-nin İcraçı katibi, MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev bildirib.

Dünən Özbəkistanda keçirilmiş prezident seçkilərində seçicilərin 33%-i iştirak etdiyindən seçkilər baş tutmuş hesab olunur.

"Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib", - Lebedev MDB Müşahidə Missiyasının seçkilərin nəticələrinə həsr olunmuş brifinqində bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31