Sudanın baş naziri ev dustağı edildi
25 Oktyabr 2021 10:56 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Sudanın baş naziri Abdullah Hamdok ordu tərəfindən ev dustağı edilib
Bu barədə oktyabrın 25-də Əl-Hədath telekanalı məlumat yayıb.
Ölkədə kütləvi həbslər ölkənin Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burxan və Hamdokun görüşündən sonra gecə saatlarında başlayıb. Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirləri, həmçinin Suveren Şuranın nümayəndəsi Muhamed əl-Faki və Xartum qubernatoru Ayman Nimr də olub.
Əsas müxalifət hərəkatı olan Azadlıq və dəyişiklik qüvvələrinin tərəfdarları artıq insanları küçələrə çıxmağa və hərbçilərin hakimiyyəti qəsb etmək cəhdlərinə müqavimət göstərməyə çağırıblar.
Sudanda bir neçə həftədir ki, hərbi və mülki qüvvələr arasında münasibətlərdə gərginlik davam edir. Ziddiyyətləri danışıqlar yolu ilə həll etmək cəhdləri gözlənilən nəticələrə səbəb olmadı, müxalif düşərgələrin nümayəndələri öz tərəfdarlarını küçələrə çıxardıb.