Türk xüsusi təyinatlılar hərəkətə keçdi - DAŞI DAŞ ÜSTÜNDƏ QOYMADILAR

Türkiyə xüsusi təyinatlıları terrorçuların növbəti hücum cəhdinin qarşısı alıb, 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi Tvitter səhifəsində paylaşım edilib.

"Terrorçu PKK/YPG təşkilatlarının "Sülh çeşməsi" bölgəsində sülh və təhlükəsizlik mühitini pozmasına icazə verməyəcəyik. Bölgədə lazımlı tədbirlər görən qəhrəman Komandolarımız daha bir hücum cəhdinin qarşısını aldı və 5 PKK/YPG terrorçusunu zərərsizləşdirdi", - məlumatda qeyd olunub./axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31